Modern.az

Rüstəm Orucov bürünc medal qazandı

Rüstəm Orucov bürünc medal qazandı

Aktual

6 Mart 2021, 16:41

Azərbaycan cüdoçusu Rüstəm Orucov Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə üçüncü yer uğrunda görüşə çıxıb.

 

Modern.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı bu raundda Özbəkistan təmsilçisi Obidkhon Nomanovla üz-üzə gəlib.

 

Rəqibinə qalib gələn Orucov bürünc medal qazanıb. O, qarşılaşmanın sonunda Nomanovun əllərini yuxarı qaldırıb və yerli azarkeşlərə onun da qalib olduğunu göstərib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama