Modern.az

Paralimpiyada ikinci qızıl medalı qazandıq

Paralimpiyada ikinci qızıl medalı qazandıq

31 Avqust 2012, 23:15

Londonda keçirilən Paralimpiya oyunlarında Azərbaycan cüdoçusu Afaq Sultanova qızıl medal qazanıb. Modern.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk qarşılaşmada fransalı Merian Quadu məğlub edib. Yarımfinalda türkiyəli Duyğu Çete qalib gələrək finala yüksəlib. Finalda isə Afaq Sultanova braziliyalı Lusiya da Silva Teyşeyrayı məğlub edərək Londonda keçirilən Paralimpiya oyunlarının qızıl medalını qazanıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi