Modern.az

Eldar Quliyev: “Ramil Səfərovun azad edilməsi tarixi hadisədir”

Eldar Quliyev: “Ramil Səfərovun azad edilməsi tarixi hadisədir”

Təhsil

1 Sentyabr 2012, 12:02

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Ramil Səfərovun Azərbaycan Prezidenti tərəfindən əfv edilməsini tarixi hadisə adlandırıb:

“Hesab edirəm ki, bu məsələ Azərbaycan xalqının tarixinə əbədi həkk olunacaq. Ramil Səfərovun azad edilməsi Prezidentimizin xidmətidir. Bu, bir daha göstərdi ki, Prezident hər bir Azərbaycan vətəndaşının qayğısına qalır. Bu, bir daha onu göstərdi ki, Prezident torpaqlarımızın işğaldan azad edilməsi üçün ciddi mücadilə aparır. Tam əminəm ki, işğal altında olan torpaqlarımız da Prezidentimizin rəhbərliyi ilə azad olunacaq. Buna görə, hər birimiz Ali Baş komandanımızın ətrafında daha da sıx birləşməliyik. Azərbaycanın xoşbəxt, güclü gələcəyi İlham Əlıiyevlə bağlıdır”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi