Modern.az

Keçmiş vicdan məhbusların yaratdığı təşkilatın adı açıqlandı

Keçmiş vicdan məhbusların yaratdığı təşkilatın adı açıqlandı

1 Sentyabr 2012, 12:07

Keçmiş vicdan məhbusları biraraya gələrək yeni təşkilat yaradacaqlar. Bu barədə Modern.az-a məlumat verən Müsavat Gənclər Təşkilatının sədri, keçmiş vicdan məhbusu Tural Abbaslı bildirib ki, təklif «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev tərəfindən irəli sürülüb. T.Abbaslının sözlərinə görə, artıq təşkilatın adı ilə bağlı müxtəlif variantlar üzərində müzakirələr aparılır.

" Belə bir təklif Oktay Gülalıyev tərəfindən irəli sürülüb. Biz də onun bu təklifi ilə razılaşaraq vicdan məhbusları ilə bağlı təşkilatın və ya ictimai birliyin yaradılmasına qərar verdir. Hələlik təşkilatın adı ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Düşünürük ki, “Vicdan məhbussuz Azərbaycan” və eləcə də digər adlar ətrafında ortaq qərara gəlib təşkilatın adını seçək.
Təşkilatın əsas prinsipi Azərbaycanda həbsxanalarda olan vicdan məhbuslarının azad olunmasına çalışmaq, onların durumları ilə maraqlanmaq, vaxtaşırı görüşlər keçirməkdir. Təbii ki, keçmiş 15 məhbusdan hamısı mütəmadi bu işlə məşğul ola bilməsə də? öz dəstəklərini əsirgəməyəcəklər.  Gələn həftə bizim növbəti toplantımız keçiriləcək, orada biz yekun qərar verəcəyik”,- deyə T.Abbaslı bildirib.  

Qeyd edək ki, keçmiş vicdan məhbusları- Oqtay Gülalıyev, Arif Hacılı, Tural Abbaslı, Sahib Kərimov, Məhəmməd Məcidli və başqaları ictimai-siyasi fəaliyyətinə görə həbs edilənlərin hüquqlarını qoruyan ictimai birlik təsis edəcəklər.

Anar RÜSTƏMOV  
Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?