Modern.az

Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid oldu - FOTO

Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid oldu - FOTO

8 Mart 2021, 00:25

Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu 5 ay sonra hospitalda vəfat edib. 

 

Modern.az xəbər verir ki, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib. 

 

Şəhid əsgər bu gün - martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq. 

 

Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib (apa).

 

Allah rəhmət eləsin! 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI