Modern.az

Ağstafada qəzaya düşən maşın piyadanı da vurdu

Ağstafada qəzaya düşən maşın piyadanı da vurdu

8 Mart 2021, 23:33

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Həsənsu kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili digər avtomobilə toqquşduqdan sonra idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub.

 

Yol-nəqliyyat hadisəsi zamanı 1968-ci il təvəllüdlü Nürəddin Məmməd oğlu Məmmədov və 1994-cü il təvəllüdlü Ayxan Şöhrət oğlu Məmmədli xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama