Avqustun 31-də Xaçmaz rayonunun Alekseevka kənd sakinləri 1928-ci il təvəllüdlü Məmmədov Möhübbət Seyidbala oğlunun, arvadı 1957-ci il təvəllüdlü Xatun Məmmədovanın və qızı 1998-ci il təvəllüdlü Xatirə Məmmədovanın üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin yaşadıqları evdə aşkar edilməsi barədə daxil olmuş məlumatla əlaqədar rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri hərəkətlər yerinə yetirilib.
Bu barədə Modern.az-a Respublika Prokurorluğunun mətbuat xidməti məlumat verib.