Modern.az

Tovuzda iki maşın toqquşdu - ölən və yaralananlar var

Tovuzda iki maşın toqquşdu - ölən və yaralananlar var

9 Mart 2021, 06:47
Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Modern.az-ın məlumatına görə, hadisə Tovuz şəhəri ərazisində qeydə alınıb.

 

“Mercedes” və “Toyota” maraklı avtomobillərin Tovuzçayın üzərindəki körpüdə toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Paşayev Kamran, 1995-ci il təvəllüdlü Əhmədov Anar, 1992-ci il təvəllüdlü Rustəmov Nizaməddin, 1976-ci il təvəllüdlü Niyazova Aytəkin, 1976-cı il təvəllüdlü Kərimova Könul və 1972-cı il təvəllüdlü Quliyev İlqar xəsarət alıb.

 

Xəstəxanaya aparılan Göygöl rayon sakini, Niyazova Aytəkinin həyatını xilas etmək mümkün olmayıb.

Kərimova Könül və Quliyev İlqar Tovuz rayon, Paşayev Kamran, Rustəmov Nizaməddin, Əhmədov Anar rayonun Aşağı Quşçu kəndinin sakinləridir.

 

Mərhum Aytəkin Niyazova Könul Kərimovanın evinə qonaq gəlibmiş.

 

Faktla bağlı araşdırma aparılır (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama