Modern.az

TQDK: "Kollec imtahanlarının cavabları hazırlanır"

TQDK: "Kollec imtahanlarının cavabları hazırlanır"

Təhsil

2 Sentyabr 2012, 17:04

Tələbə Qəbulu  üzrə Dövlət Komissiyası sentyabrın 2-də cari tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisastəhsili müəssisələrinə qəbul imtahanı keçirib. TQDK-dan Modern.az-a verilən məlumata görə, kolleclərə qəbul imtahanında iştirak etmək üçün 35677abituriyent ərizə təqdim edib.

Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilib.

Bakı şəhərində 11978, Naxçıvanda 1390, Gəncədə 4841, Sumqayıtda 2270, Mingəçevirdə 1653, Şəkidə 2210, Ağcabədidə 1251, Göyçayda 2103, Şirvan 2256, Salyanda 1346, Lənkəranda 2365, Xaçmazda isə 2014 abituriyentin imtahan verdiyi bildirilib.

İmtahanın keçirilməsi üçün adları çəkilən şəhər və rayonlarda 66 imtahan binası, 250 imtahan rəhbəri, 2802 nəzarətçi-müəllim ayrılıb.

Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan veriblər. Rus bölməsinin abituriyentləri Ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan veriblər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunub.

Qeyd edək ki, cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 662 ixtisas kodu üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 10404  plan yerindən 8821-i Azərbaycan bölməsinə, 32 yer rus bölməsinə, 1551 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb və imtahanın gedişi nəzarətdə saxlanıb.   

TQDK bəyan edib ki, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin normal qaydad imtahan vermələri üçün hər cür şərait yaradılıb.  

“Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur”-deyə TQDK bəyan edib.  

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi