Modern.az

Mayor Ramil Səfərov hərbi geyimdə - İLK FOTO

Mayor Ramil Səfərov hərbi geyimdə - İLK FOTO

Təhsil

2 Sentyabr 2012, 21:43

Müdafiə Naziri Səfər Əbiyev tərəfindən mayor rütbəsi ilə təltif edilən Ramil Səfərovun həbsdən sonra hərbi formada ilk şəkili yayılıb. Facebook sosial şəbəkəsində paylaşılan fotoda Ramil Səfərov mayor rütbəsini daşıyan hərbi formadadır.

Qeyd edək ki,  Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərov indiyədək baş leytenant hərbi rütbəsinə malik idi.

Ramil Sahib oğlu Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrəti yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil almağa istiqamətləndirib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib.

 Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası almışdı.  

Zabitimiz 2012-ci il avqustun 31-də Azərbaycana ekstradisiya olunaraq əfv edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi