Modern.az

Daha bir məktəb koronavirusa görə BAĞLANDI

Daha bir məktəb koronavirusa görə BAĞLANDI

9 Mart 2021, 22:17

Gəncədə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Gəncə şəhər Təhsil İdarəsindən bildirilib. 

 

Qeyd edilib ki, sözügedən təhsil ocağında 1 müəllim və 1 texniki işçidə COVİD-19 virusu aşkar edilib.

 

 

 

Bu səbəbdən məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib. 

 

Xatırladaq ki, Gəncədə bundan əvvəl 37 nömrəli tam orta məktəb koronavirus infeksiyasına görə onlayn tədrisə keçmişdi. Artıq məktəbdə bu gündən əyani təhsil bərpa edilib (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama