Modern.az

Türkiyə qırıcıları 25 PKK-çını məhv etdi

Türkiyə qırıcıları 25 PKK-çını məhv etdi

9 Mart 2021, 22:42

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Hakurk və Qəndil bölgələrindəki hava əməliyyatı zamanı PKK-nın 25 terrorçusunu zərərsizləşdirib.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar bildirib.

 

Onun sözlərinə görə, zərərsizləşdirilən qrup arasında onun rəhbəri də var.

 

“Xəbərdarlıq etdik: PKK terror təşkilatı Qəndil də daxil olmaqla, özünü heç bir yerdə rahat hiss etməyəcək. Terrorçuların qaçmağa başqa yeri yoxdur”, - nazir deyib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama