Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Modern.az xəbər verir ki, III qrupda mübarizə aparan yığma 4-cü matçında Moldova seçməsinin qonağı olub və rəqibini 5:3 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra xallarını 12-yə çatdıran Joze Alesio da Silvanın başçılıq etdiyi kollektiv liderliyini daha da möhkəmlədib və sona 2 tur qalmış final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edib. Moldova isə 4 xalla 3-cü pillədə qərarlaşıb. Bu qrupdakı digər komandalardan Slovakiya 7 xalla 2-ci, xalı olmayan Yunanıstan isə sonuncudur.