Modern.az

Bakıda yüksək sürətlə tunelə girən maşın aşdı - FOTO

Bakıda yüksək sürətlə tunelə girən maşın aşdı - FOTO

9 Mart 2021, 23:28

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, rayon ərazisindəki tuneldə Elnur Əhmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb. 

 

“Hyundai” beton yol ayrıcına, daha sonra işıq dirəyinə çırpılaraq yolun əks tərəfinə keçib.

 

 

 

Sürücü E.Əhmədov qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

 

Qəza nəticəsində Ziya Bünyadov prospektində hər iki istiqamətdə tıxac yaranıb.

 

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama