UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Modern.az xəbər verir ki, artıq 1/4 finala vəsiqə qazanan ilk komanda müəyyənləşib.
Almaniyada İspaniya "Sevilya"sı ilə 2:2 hesablı heç-heçə edən "Borussiya" (Dortmund) iki görüşün nəticəsinə əsasən adını növbəti raunda yazdırıb. Dortmund təmsilçisinin heyətində qolları 35 və 55-ci dəqiqələrdə Erlinq Holann vurub. Qonaqlardan isə 69 və 90+6-cı dəqiqələrdə Yusif En-Nesiri fərqlənib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
Cavab görüşləri
9 mart
24:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 2:2
Qollar: Erlinq Holann, 35; 55 (penalti) - Yusif En-Nesiri, 69 (penalti); 90+6
İlk oyun - 3:2