Modern.az

Metroya bomba qoyulması xəbəri yayıldı

Metroya bomba qoyulması xəbəri yayıldı

3 Sentyabr 2012, 10:38

Metronun 20 Yanvar stansiyasına bomba qoyulması haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Nazirlikdən Modern.az-a verilən məlumata görə,  dərhal müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin metro stansiyanın ərazisində şübhəli əşya aşkar edilməyib. Əməliyyatı saat 23:07-də başa çatıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi