Təhsil Nazirliyi bu il I sinfə daxil olmaq üçün 6 yaşı tamam olmayan uşaqların valideynlərinin müraciətləri araşdıraraq, müvafiq qərar verəcək. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, istisna hallarda oktyabrın sonunadək 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul ediləcəklər.
“Təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumi təhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. Noyabrda 6 yaşı tamam olacaq xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir”-deyə nazirlikdən bildirilib.
Anar RÜSTƏMOV