Modern.az

Güzəştli kredit əldə etmək istəyən sahibkarların NƏZƏRİNƏ

Güzəştli kredit əldə etmək istəyən sahibkarların NƏZƏRİNƏ

10 Mart 2021, 13:52

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən təqdim edilən xidmət və məhsul, kredit və maliyyələşmə mexanizmləri barədə sahibkarların məlumatlandırılması məqsədilə vebinar keçiriləcək.

 

Fonddan Modern.az-a verilən məlumata əsasən, vebinarda sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştli kreditlər, dövlət zəmanətli kredit və subsidiya dəstəyi mexanizmi, mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin Elektron Kredit Platforması barədə ətraflı məlumat veriləcək. 

 

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov vebinar zamanı sahibkarları maraqlandıran sualları cavablandıracaq.

 

Vebinarın “Zoom” platfoması üzərindən həyata keçirilməsi nəzərdə tutulur.

 

Tədbir 13 mart, saat 11:00-da baş tutacaq və iştirak etmək istəyən şəxslər müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama