Modern.az

Şabranda yaşayış evi yandı - 3 nəfər xəsarət alıb

Şabranda yaşayış evi yandı - 3 nəfər xəsarət alıb

10 Mart 2021, 15:20

Şabranın Şahnəzərli kəndində fərdi yaşayış evi yanıb.

 

Modern.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə yanğının söndürülməsinə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hisxəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

 

Hazırda alovu leqallaşdıfmaq mümkün olsa da yanğın davam edir. Yanğını söndürməyə çalışarkən ev sahibəsi, 56 yaşlı Gövhər Həsənova yanıq xəsarətləri alıb və qadın dərhal xəstəxanaya çatdırılıb.

 

Yanğının başvermə səbəbi hələlik açıqlanmır.

 

İlkin araşdıfma zamanı məlum ki, ümumi sahəsi 180 kv.metr olan və Baləli Məmmədyusif oğlu Hüseynova məxsus iki mərtəbəli evdə yanğın  qaz balonunun partlamasından  başlayıb. Yanıq xəsarətləri alan ailənin 3 üzvü xəstəxanaya yerləşdirilib.

 

Bunlar 56 yaşlı Gövhər Həsənova, 25 yaşlı Aytac Dilavər qızı Həsənova, 31 yaşlı Elmir Baləli oğlu Həsənov Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

 

Aytəkin Alxaslı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama