Modern.az

Atası Ramil Səfərova gətirilən qurbanları uşaq evlərinə verdi

Atası Ramil Səfərova gətirilən qurbanları uşaq evlərinə verdi

3 Sentyabr 2012, 12:42


Macarıstanda həbsdə saxlanılan zabit Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması, daha sonra prezident İlham Əliyev tərəfindən əfv edilməsini ölkədə böyük sevinclə qarşılandı.
Modern.az saytının məlumatına görə, son bir neçə gündə ayrı-ayrə şəxslər tərəfindən Ramil Səfərovun ailəsinin yaşadığı ünvana yüzlərlə qurbanlıq heyvan gətirilib.
Qurbanlıqların bir neçəsi burada kəsilsə də, Ramil Səfərovun atası Sahib Səfərov qalanları paylamaq qərarı verib.

“Təbii ki, qurban kəsilməlidirsə, o imkansızlara, yaxınlara, qohumlara paylanılmalıdır. Onun hamısını özüm saxlamayacam ki... Mən də qapıya gələn qurbanları kəsdirib müxtəlif lazımi yerlərə paylatdırmışam”. Bu sözləri Modern.az saytına açıqlamasında Sahib Səfərov deyib. O, hətta Ramil Səfərovun qayıtması ilə bağlı özü qurban kəsdirib imkansızlara paylayan şəxslərin də olduğunu vurğulayıb.

“Gətirilən qurbanları kəsdirib Mərdəkanda 2 saylı Uşaq Evinə, 9 saylı Qocalar Evinə, Şüvəlandakı Uşaq Evinə, Dərnəgül, Yasamal rayonlarındakı yataqxanalarda yaşayan məcburi köçkünlərə paylatdırmışam. İndi də qurbanlar gəlir və onları da kəsdirib imkansızlara paylayacam”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi