İmişlidə avtomobil piyadanı vuraraq öldürüb. APA-nın məlumatına görə, “VAZ-2107” markalı avtomobil yolu keçən İmişli rayonu Cəfərli kənd sakini, 1957-ci il təvəllüdlü Əliyev Yaqub Şəmil oğlunu vurub. Şirvan şəhər xəstəxanasına çatdırılan yaralı aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.