Modern.az

“Barselona” futbolçularını narahat edən azarkeş saxlanıldı

“Barselona” futbolçularını narahat edən azarkeş saxlanıldı

10 Mart 2021, 20:44

Fransanın PSJ klubunun azarkeşləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün Parisdə olan İspaniya "Barselona"sının qaldığı otelin yaxınlığında səs-küy salıblar.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, fanatlar səhərə yaxın saat 04:00-da havaya fişəng ataraq, rəqib futbolçuları yuxudan oyatmağa çalışıblar. Onlar bunu İspaniyadakı ilk matçdan öncə PSJ-yə qarşı eyni hərəkəti edən Kataloniya tərəfdarlarından intiqam almaq üçün ediblər.

 

Yerli azarkeşlərdən biri isə "Barselona"nın məskunlaşdığı oteldə gecələyərək, saat 05:00 radələrində yanğın siqnalını işə salıb. Həmin şəxs dərhal polislər tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, bu gecə keçiriləcək PSJ - "Barselona" oyunu Bakı vaxtı ilə saat 24:00-da start götürəcək. İspaniyadakı ilk matçda parislilər 4:1 hesablı qələbə qazanıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama