Modern.az

Astarada dəhşətli qətl - əmisi oğlunu ürəyindən bıçaqladı - FOTO

Astarada dəhşətli qətl - əmisi oğlunu ürəyindən bıçaqladı - FOTO

10 Mart 2021, 21:09

Astara rayonunda əmioğlular arasında dava olub.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Şəmətük kəndində baş verib.

 

Belə ki, 1991-ci il təvəllüdlü Musa Arzuman oğlu Ağayevlə əmisi oğlu, 1994-cü il təvəllüdlü Amil Qəyyum oğlu Ağayev arasında şəxsi münasibətlər zəminində münaqişə əlbəyaxa davaya çevrilib.

 

İlkin məlumata görə, hər iki şəxs bir-birinə bıçaqla xəsarət yetiriblər. Amil Ağayevin vurduğu bıçaq zərbəsi Musa Ağayevin ürək nahiyəsinə dəyib. O, hadisə yerində keçinib.

A.Ağayev isə ayaq nahiyəsindən bıçaq yarası alıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır (report).

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama