Modern.az

Məşhur stadiona Pelenin adı verilir

Məşhur stadiona Pelenin adı verilir

10 Mart 2021, 21:22

Braziliyanın “Marakana” stadionunun adı dəyişdirilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, arenaya “futbol kralı” Pelenin adı verilir. 

 

Bununla əlaqədar Rio-de-Janeyro ştatının qanunverici məclisinə təqdim olunan qanun layihəsi deputatlar tərəfindən qəbul edilib. Yerli qubernatorun təsdiqindən qərar rəsmən qüvvəyə minəcək.

 

Qanun layihəsinin müəllifləri hesab edir ki, 80 yaşlı Pele Braziliya futbolunun simvoludur və arenanın adının dəyişdirilməsi məntiqlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama