Modern.az

Bakıda piyadanı maşın vurdu

Bakıda piyadanı maşın vurdu

10 Mart 2021, 21:33

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

 

Belə ki, 63 yaşlı Həsənov Həsən Balaəşrəf oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama