ABŞ-ın Kaliforniya ştatında ömürlük həbs cəzası çəkən erməni terrorçusu, ASALA üzvü Ambiq Sasunyan azadlığa buraxılacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya qubernatoru Qevin Nyusom Sasunyanın azadlığa buraxılması barədə qərar verərək, buna qarşı bütün apellyasiya şikayətlərini geri qaytarıb. Yaxın günlərdə Livan əsilli terrorçunun azadlığa çıxacağı gözlənilir.
Xatırladaq ki, Ambiq Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kemal Arıkanı qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum olunub.