Modern.az

Terrorçular partiya başqanını qaçırdılar

Terrorçular partiya başqanını qaçırdılar

Təhsil

3 Sentyabr 2012, 14:04

PKK terrorçu qruplaşması Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rayon təşkilatının sədrini qaçırdıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə,  bu gün terrorçular tərəfindən AKP-nin Hakkari təşkilatının sədri Mecir Tarhan qaçırılıb. Hələlik isə PKK partiya başqanının qaçırılmasını öz üzərinə götürməyib.

Qeyd edək ki, bu gün Türkiyədə PKK terrorçularına qarşı böyük əməliyyata başlanıb. Şırkan vilayətində keçirilən əməliyyatlarda 20 terrorçu məhv edilib. Qanlı döyüşlərədə Türk ordusunun 10 əsgəri şəhid olub. Hazırda terrorçu qruplaşmaya qarşı əməliyyatlar davam edir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi