Modern.az

Dindarlar Ramil Səfərova görə şükür namazı qıldılar

Dindarlar Ramil Səfərova görə şükür namazı qıldılar

3 Sentyabr 2012, 15:49

Dindarlar Ramil Səfərova görə şükür namazı qılıblar. Bu barədə Modern.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, Azərbaycan bayrağını təhqir etdiyi üçün erməni zabitini öldürən, 8 il Macarıstanda məhbusluqdan sonra vətənə qaytarılan azərbaycanlı zabit Ramil Səfərovun dərhal azad olunması ölkənin dini icmaları tərəfindən sevinc və ruh yühsəkliyi ilə qarşılanıb.

DQİDK-dən oda bildirilib ki, ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən dini icmalar Ramil Səfərovla bağlı qətiyyətli, müdrik və cəsarətli addımına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq teleqramları göndəriblər. Dini icma üzvləri və ayrı-ayrı dindarlar Ramil Səfərovun ailəsinə də çoxsaylı teleqramlar ünvanlayaraq, gözaydınlığı veriblər.  

Eyni zamanda, azərbaycanlı zabitin vətənə qaytarılması münasibətilə ölkədəki müxtəlif məscidlərdə və dini icmalarda dindarların iştirakı ilə xüsusi söhbətlər təşkil olunub, şükür namazları qılınıb və birgə dualar oxunub. 

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi