Modern.az

“Facebook” istifadəçilərinin NƏZƏRİNƏ- Bu yolla pul qazana biləcəksiniz

“Facebook” istifadəçilərinin NƏZƏRİNƏ- Bu yolla pul qazana biləcəksiniz

12 Mart 2021, 09:06

“Facebook” şirkəti istifadəçilərin yerləşdirdikləri qısa videolarda reklamlardan pul qazanmağı təmin etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin meneceri Yoav Arnşteyn açıqlamasında bildirib.

 

O qeyd edib ki, yaxın həftələrdə bununla bağlı sınaqlara başlanacaq. 

 

Bir dəqiqəlik videoda 30 saniyə, 3 dəqiqəlik videoda isə 45 saniyəlik reklam yerləşdirmək mümkün olacaq.

 

Eyni zamanda şirkət reklamın məzmununa mane olmayacağını vurğulayıb.

 

Arnşteyn əlavə edib ki, 18 yaş senzi qüvvədə qalmaq şərti ilə reklam yerləşdiriləcək video şəxsi profilindən deyil, qeydiyyatdan keçmiş səhifədən yayımlanmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama