Modern.az

Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinə aid yeni kitab...

Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinə aid yeni kitab...

12 Mart 2021, 09:30

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk dünyası ilə əlaqələr üzrə müavini, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin (Qəzənfəroğlu) "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)" adlı kitabının III cildi "Elm və təhsil" Nəşriyyatı poliqrafiya müəssisində işıq üzü görüb.

Modern.az-ın məlumatına görə, kitabın elmi redaktor dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov, rəyçiləri professor, fəlsəfə üzrə elmlər doktoru Əlikram Tağıyev, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Qabaqcıl maarif xadimi Müstəqil Ağayevdir.

“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabın 3-cü cildində XX əsr Güney Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur.

Müəllif burada Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil edib:

1) Milli-demokratik və siyasi-fəlsəfi ideyaların sintezi (Ş.M.Xiyabani, S.C.Pişəvəri, Məhəmməd Biriya, Firudin İbrahimi, Tağı Ərani, Tağıxan Rüfət, Əlirza Nabdil və başqaları);

2) Milli maarifçilik və ictimai-fəlsəfi ideyalar (M.Ə.Şəbüstəri, M. Tərbiyət, M.Şəhriyar, Səhənd, H.Billuri, Həbib Sahir, Həmid Nitqi, Əli Təbrizli, M.Zehtabi, Cavad Heyət və başqaları);

3) İslam fəlsəfəsi və islamçılıq (Əbülqasim əl-Xoyi, M.Təbatəbai, M. Şəriətmədari, M.Cəfəri, Cəfər Sübhani və başqaları).

Kitab Azərbaycan Türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraqlananlar, eləcə də Azərbaycan Türk fəlsəfəsinin ÜmumTürk fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama