Modern.az

Balakən sakinindən qanunsuz ov silahı götürüldü

Balakən sakinindən qanunsuz ov silahı götürüldü

12 Mart 2021, 10:44

Balakən sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülüb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Şambul kənd sakini Rafael Saramanovdan müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi və həmin tüfəngə aid patronlar aşkar edilərək götürülüb.

 

R.Saramanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama