Modern.az

Əfv Komissiyası sabah yenə müraciətlərə BAXACAQ

Əfv Komissiyası sabah yenə müraciətlərə BAXACAQ

12 Mart 2021, 11:21

Martın 13-də Əfv Məsələləri Komissiyası növbəti iclasına toplaşacaq. Bu barədə Modern.az-a Komissiya üzvü Əliməmməd Nuriyev Nuriyev məlumat verib.

Ə.Nuriyevin sözlərinə görə, qarşıda daha 2 iclasın keçirilməsi gözlənilir:
 

“Müraciətlər müxtəlif səpkilidir və müxtəlif kateqoriyaları əhatə edir. Ümumilikdə təxminən 1000-dən çox müraciətə baxılması nəzərdə tutulur”.

Qeyd edək ki, Novruz bayramında Prezident İlham Əliyev tərəfindən növbəti humanist addımın davamı kimi əfv sərəncamının veriləcəyi gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama