Modern.az

Məhkumların müraciətinə baxan Əfv Komissiyasının üzvləri KİMLƏRDİ…

Məhkumların müraciətinə baxan Əfv Komissiyasının üzvləri KİMLƏRDİ…

12 Mart 2021, 11:44

Xeyli vaxtdır Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. Bu da səbəbsiz deyil, Komissiya Novruz bayramına kimi əfv olunmaq istəyən məhkumların müraciətlərinə baxaraq, onları yekunlaşdırıb ölkə başçısana müvafiq siyahı təqdim etməlidir.

Bu il Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti əfv sərəncamı imzalayacağı gözlənilir. 

Bəs hazırda məhkumların müraciətini araşdıran Əfv Məsələləri Komissiyasının üzvləri kimlərdi?

Modern.az saytının məlumatına görə, hazırkı Komissiya üzvləri ölkə Prezidentinin 8 sentyabr 2020-ci il tarixli sərəncamı ilə təyin ediliblər. Həmin şəxslər aşağıdakılardı:

Komissiyanın sədri

Samir Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Fikrət Məmmədov - Azərbaycan Respublikasının Ədliyyə naziri

Vilayət Eyvazov - Azərbaycan Respublikasının Daxili İşlər naziri

Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri

Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri

Zahid Oruc - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri

Fazil Mustafa - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini

Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Sədaqət Vəliyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

Bəyimxanım Verdiyeva - “Xan Şuşinski” Fondunun rəhbəri

Mehriban Vəliyeva - Akademik Zərifə Əliyeva adına liseyin direktoru

Komissiyanın katibi

Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri”.


Xatırladaq ki, Prezident İlham Əliyev sonuncu dəfə ötən il aprelin 6-da dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib.


Ondan əvvəl - 2019-cu il martın 16-da imzalanan əfv sərəncamı isə 431 məhkuma şamil olunub. Həmin 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan, eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. 3 nəfər islah işləri cəzasından, 1 nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu