Modern.az

“Nəqliyyat Könüllüləri\" proqramının iştirakçılar işlə təmin olundu

“Nəqliyyat Könüllüləri\

12 Mart 2021, 12:50

Bakı Nəqliyyat Agentliyində və tabeli qurumlarda praktiki bilik və bacarıqlara yiyələnərək müxtəlif sosial aksiya və layihələrdə iştirak edən könüllülərimiz öz professional fəaliyyətlərində uğurlu addımlarını atıblar.

 

BNA-dan Modern.az-a verilən məlumata görə, ötən ilin nəticələrinə əsasən könüllülərdən 3 nəfər işlə təmin edilib:

 

“2 nəfər vətən müharibəsində iştirak edib, 15 nəfər  pandemiya dövründə fəaliyyətinə görə sertifikatla təltif edilib.

 

Könüllülər ilində fəal olan 4 nəfər ilin könüllüsü seçilib. Eyni zamanda 30 nəfər könüllümüz isə hazırda bu və ya digər fəaliyyətlərimizdə fəal şəkildə iştirak edirlər”.

 

“İnanırıq ki, könüllülərimiz paytaxt Bakının daha əlçatan, təhlükəsiz və mobil bir şəhərə çevrilməsi istiqamətində görülən işlərə dəstək olacaq və ətraflarındakı insanları maarifləndirəcəklər”,- deyə rəsmi məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama