Modern.az

Bakıda qatarla avtobusun toqquşmasına səbəbkar olan iki nəfər həbs olundu

Bakıda qatarla avtobusun toqquşmasına səbəbkar olan iki nəfər həbs olundu

3 Sentyabr 2012, 18:29

Avqustun 31-də paytaxtın Qaradağ rayonu ərazisində 6 nəfərin ölümü və 44 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.  
Cinayət işi üzrə Prokurorluğun və Daxili İşlər orqanlarının müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb, məhkəmə-tibbi ekspertizaları təyin edilib, çoxsaylı şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, cinayət işi üzrə Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi İsmayılov Eyyub Məhəmməd oğlu Cinayət Məcəlləsinin 262.3-cü maddəsi, “Daewoo” markalı sərnişin avtobusunun sürücüsü Ağayev Fərid Ağamir oğlu isə həmin məcəllənin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, qatarla avtobusun toqquşma hadisəsi zamanı xəsarət almış şəxslərdən 16-na ilkin tibbi yardım göstərilməklə evə buraxılmış, 28-nin isə stasionar şəraitdə müalicələri davam etdirilir.

Modern.az              

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi