Modern.az

Heydər Əliyev Fondu Əməkdar artistin müalicəsini nəzarətə götürdü

Heydər Əliyev Fondu Əməkdar artistin müalicəsini nəzarətə götürdü

12 Mart 2021, 13:10

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırov Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə aldığı 5 saylı Şəhər Klinik Xəstəxanasından “Bona Dea International Hospital”a köçürülüb.

 

Bu barədə Modern.az-a Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

 

O, aktyorun bir neçə gün reanimasiyada yatdığını, hazırda müalicəsini palatada davam etdirdiyini bildirib: “Vəziyyəti orta-stabildir, səhhətində o qədər də irəliləyiş yoxdur. Huşu aydındır, nitqində qarışıqlıq var, bir qolu tamamilə işləmir. Müalicəsi davam etdirilir”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama