Modern.az

Polad Bülbüloğlu Sergey Lavrova təşəkkür məktubu göndərib

Polad Bülbüloğlu Sergey Lavrova təşəkkür məktubu göndərib

12 Mart 2021, 13:42

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu XİN tərəfindən səfirlik əməkdaşları üçün göstərilən peyvəndlənmə xidmətinə görə Rusiya xarici işlər naziri Sergey Lavrova təşəkkür məktubu göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə bildirib.

 

Rusiyada akreditə olunmuş səfirliklərin əməkdaşlarına və onların ailə üzvlərinə göstərilən ödənişsiz peyvəndlənmə xidmətinin göstərildiyini qeyd edən Zaxarova Rusiyanın bunu beynəlxalq hüquqi sənədlər və diplomatik fəaliyyətinin norma və ənənələri əsas götürərək həyata keçirdiyini bildirib.

 

“Bir çox xarici diplomat artıq Rusiya vaksini ilə peyvənd olunub. Həmçinin bildirmək istərdim ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun ünvanına Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından təşəkkür məktubu daxil olub. Qeyd edək ki, Polad Bülbüloğlu Moskvadakı diplomatik korpusun duayenidir. Məktubda qeyd olunub ki, Rusiya Xarici İşlər Nazirliyinin bu təşəbbüsü dərin hörmətə layiqdir və bütün diplomatik korpus tərəfindən yüksək qiymətləndirilir”,- deyə Zaxarova qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama