Modern.az

Baş Prokurorluq imtahan keçirəcək

Baş Prokurorluq imtahan keçirəcək

3 Sentyabr 2012, 18:43

Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş 461 namizəd imtahan verəcək.  Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, imtahan sentyabrın 13-də keçiriləcək.  Bildirilib ki,  imtahan saat 10.00-da başlayaraq 3 saat ərzində Azərbaycan Texniki Universitetinin «İdman Sarayı»nda keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5).

İmtahana buraxılmış namizədlər 10-11 sentyabrda saat 09.15-dən 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə, «Yaddaş kitabçası»nı və «Test imtahanına buraxılış vərəqəsi»ni Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağında (Bakı şəhəri N.Rəfibəyli küçəsi,7) ala bilərlər.

Qeyd edək ki, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar namizədlərin sənədlərinin qəbulu cari ilin avqust ayının 31-də başa çatıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi