Modern.az

Gənc balaban ifaçısının itmiş alətləri tapıldı - VİDEO

Gənc balaban ifaçısının itmiş alətləri tapıldı - VİDEO

12 Mart 2021, 14:10

Bir neçə gün əvvəl Prezident təqaüdçüsü balaban ifaçısı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan Nicat Məsimov Səbail rayonunda yerləşən Xaqani bağında olan zaman içərisində qədim balaban alətləri olan çantasını itirib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bundan sonra N.Məsimov yaşı təxminən 100-150 il olan alətlərin tapılması üçün ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edib. Bölmə əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində N.Məsimovun çantasını tapan, amma qaytarmaq üçün polis orqanlarına təhvil verməyərək özündə saxlayan şəxs qısa zamanda müəyyən edilib.

 

Onun şəxsiyyəti dəqiqləşdirilib və balabanlar polislər tərəfindən qeyd edilən şəxsdən alınaraq N.Məsimova geri qaytarılıb.

 

N.Məsimov balabanların qısa zamanda tapılaraq ona geri qaytarılmasında göstərdikləri operativliyə və onun müraciətinə belə həssas yanaşdıqlarına görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama