Sabah DAK həmsədri Sabir Rüstəmxanlının DAK İdarə heyətinin üzvü, qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimliyə qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı Ali Məhkəmədə proses keçiriləcək. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, ötən ilin avqustunda S. Rüstəmxanlı bir qrup şəxsi İran və Rusiyanın adamları adlandırıb. Buna qarşılıq olaraq iki gün sonra Səftər Rəhimli “Gündəlik Bakı” qəzetinə verdiyi müsahibədə deputata qarşı bir sıra iddialar irəli sürüb (“Sabir Rüstəmxanlı öz adını başqalarına qoyur”, “Əslində Sabir Rüstəmxanlının vaxtiylə rus “KQB”si ilə macəralarından hər kəs danışır”). Bununla bağlı S. Rüstəmxanlı S. Rəhimliyə qarşı iddia qaldırıb. DAK həmsədri cavabdehin Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və cəzalandırılmasını tələb edib.
Sevinc İltifatqızı