ATƏT-in Minsk qrupunun həmsədərləri Robert Bradtke, İqor Popov və Jak For, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə keçirdikləri görüşlərə dair bəyanatla çıxış ediblər.
Həmsədrlər həmçinin avqustun 31-də Azərbaycan hakimiyyətinin 2004-cü ildə Budapeştdə erməni zabiti qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Azərbaycan zabiti Ramil Səfərovu əfv etmək barədə qərarını müzakirə ediblər. Onlar Səfərovun əfv edilməsinin sülh prosesinə və tərəflər arasında etimada zərbə vura biləcəyindən və cinayətə haqq qazandırılması cəhdlərindən dərin narahatlıqlarını və təəssüflərini bildiriblər.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədərləri sentyabrın 2-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla, sentyabrın 3-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.
Modern.az