Modern.az

İlham Əliyev Vladimir Putinlə danışdı

İlham Əliyev Vladimir Putinlə danışdı

Ölkə

12 Mart 2021, 17:56

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Rusiya Prezidenti eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanla da telefonla danışıb.

 

Məlumata görə, tərəflər 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda Dağlıq Qarabağla bağlı müddəaların həyata keçirilməsinin praktik aspektlərini nəzərdən keçiriblər.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu