Modern.az

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib

Aktual

12 Mart 2021, 19:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Binəqədi rayonu, Gülməmməd Ramazanov 342 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 6 sərv ağacının kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Binəqədi rayon Polis Şöbəsinə göndərilib.

Kəsilmiş hər ağacın əvəzinə iki ağacın əkilməsi təmin olunub.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...