Modern.az

Azərbaycanda saytlara olan haker hücumları barədə rəsmi məlumat yayıldı

Azərbaycanda saytlara olan haker hücumları barədə rəsmi məlumat yayıldı

4 Sentyabr 2012, 10:33

Son bir neçə gündə ermənilər tərəfindən müxtəlif texnoloji üsullarla Azərbaycanın dövlət orqanlarının, informasiya agentliklərinin, əyləncə saytlarının fəaliyyətinə əngəllər yaratmağa, onu dayandırmağa, həmçinin məzmununa müdaxilə etməyə cəhdlər göstərilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bununla bağlı məlumat yayıb.


Məlumatda deyilir ki, ermənilər törətdikləri bu qeyri-qanuni əməlləri öz kütləvi informasiya vasitələrində açıq-aşkar etiraf edir və qürrələnirlər. Hətta yalan məlumat yayaraq, Azərbaycan prezidentinin də saytına müdaxilə olunduğunu bildirirlər.

”Lakin qeyd edirik ki, bu aşkar yalandır və Azərbaycan Respublikası Prezidentinin saytı tamamilə işlək vəziyyətdədir və olunan bütün həmlələr dəf edilib. Az sayda digər qurumların saytlarına baş vermiş müdaxilələr isə qısa bir zamanda aradan qaldırılmış və edilən həmlələrin qarşısının alınması üçün tədbirlər görülüb.

Həmçinin bildiririk ki, azərbaycanlılar tərəfindən 30-dək sayta edilmiş müdaxilələr barədə erməni mənbələrinin yaydığı məlumatlar öz təsdiqini tapmamışdır və bu öz hərəkətlərinə bəraət qazandırmaq üçün ermənilərin yaydığı növbəti uydurmadır.

Təəssüflə qeyd etmək lazımdır ki, ermənilər tərəfindən atılan bu addımlar tamamilə qanuna ziddir və şəbəkə vasitəsilə mütəşəkkil hücumlar həyata keçirərək insanların məlumat almaq və biznes aparmaq hüquqlarının məhdudlaşdırılması beynəlxalq normaları pozur”.   

Modern.az
 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi