Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasından (9 illik) orta ixtisastəhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrini bu gün açıqlayacaq. Bu barədə Modern.az saytına TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. E.Nağızadə bildirib ki, imtahan nəticələri bu gün, günün ikinci yarısında açıqlanacaq.
Bildirilib ki, kolleclərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün 35677abituriyent ərizə təqdim edib.
Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilib.
Bakı şəhərində 11978, Naxçıvanda 1390, Gəncədə 4841, Sumqayıtda 2270, Mingəçevirdə 1653, Şəkidə 2210, Ağcabədidə 1251, Göyçayda 2103, Şirvan 2256, Salyanda 1346, Lənkəranda 2365, Xaçmazda isə 2014 abituriyentin imtahan verdiyi bildirilib.
Qeyd edək ki, cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 662 ixtisas kodu üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 10404 plan yerindən 8821-i Azərbaycan bölməsinə, 32 yer rus bölməsinə, 1551 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.
Anar RÜSTƏMOV