Xətai rayonu Cavanşir 38 unvanındakı qəzalı yataqxanada yaşayan bir qrup sakin bir qədər öncə Prezident Administrasiyasının qarşısında piket keçirib. Modern.az xəbər verir ki, sakinlər yaşadıqları qəzalı binadan köçürmələrini istəyiblər. Qeyd ediblər ki, 2000-ci ilin noyabr zəzələsindən sonra bu binada yaşayan insanları evlə təmin etmək üçün dövlət hesabına 18 mərtəbəli 432 mənzilli iki yaşayış binası tikilsə də, həmin mənzillər sonradan kənar şəxslərə satılıb.
Sakinlər deyiblər ki, bununla bağlı dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova şikayət etmək istəsələr də, onlara qulaq asan olmayıb.
Narazı sakinlər bu piket vasitəsilə Bakı şəhər İcra Hakimiyyətindən Prezident Administrasiyasına şikayət ediblər. Polisin müdaxiləsi nəticəsində aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb.
Buna baxmayaraq, sakinlərdən 3 nəfər Prezident Administrasiyasına dəvət olunub ki, dinlənilsinlər....
Modern.az