Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin yeni rəhbəri artıq Bakıdadır. Nümayəndəlikdən Modern.az-a bildirilib ki, Sadəddin Topukçu sentyabrın 1-də Azərbaycan paytaxtına gəlib:
“Saddədin bəy burdadır, işinə başlayıb, amma hələ heç bir görüş keçirilməyib. Dünən iş fəaliyyətinin ilk günü idi. Çox normal qaydada işə başladı. Görüşləri, planları var. Amma indi görüşəcəyi adamlar tətildə olduğundan, hələki görüş barəsində bir söz demək mümkün deyil. Hər halda ayın 5-dən sonra bəlli olacaq ki, bu ay o, kimlərlə görüşəcək”.