Modern.az

Türkmənistan parlamenti Azərbaycanla “Dostluq”u təsdiqlədi

Türkmənistan parlamenti Azərbaycanla “Dostluq”u təsdiqlədi

14 Mart 2021, 11:17

Türkmənistan Məclisi “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu ratifikasiya edib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

 

Qeyd edək ki, Anlamşa Memorandumu yanvarın 21-d Azərbaycan və Türkmənistan prezidentlərinin videokonfrans formatında qatıldığı tədbirdə bu ölkələrin  xarici işlər nazirləri tərəfindən imzalanıb. Sənədə əsasən, “Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30% Azərbaycan Respublikasına, 70% Türkmənistana nisbətində bölüşdürüləcək.

 

“Dostluq” yatağından çıxarılmış beynəlxalq bazara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat tranziti sistemlərinin istifadə edilməsi ilə rəqabətqabiliyyətlilik şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun həyata keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...