Modern.az

Goranboyda polislər şəhid ailələrini ziyarət etdi

Goranboyda polislər şəhid ailələrini ziyarət etdi

14 Mart 2021, 11:59

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Novruz
Bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid
olmuş soydaşlarımızın ailələrinə bayram sovqatları paylayıblar.


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən
məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların
bayram sevinclərinə qoşulublar.

 

Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər onları Novruz bayramı münasibəti ilə təbrik ediblər. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...