Rioninin Namaxvani ərazisində tikilməsi planlaşdırılan SES-in dayandırlması üçün, Kutaisi şəhərinin mərkəzi meydanında yenidən etiraz aksiyası keçirilir.
Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, aksiya bu dəqiqələrdə Kutaisi şəhər meydanında davam edir. Aksiyada yerli sakinlərlə birlikdə ətraf mühit mühafizəçiləri, aktivistlər də iştirak edirlər.
Aksiya keçirilən əraziyə çox sayda hüquq mühafizə orqanın əməkdaşları cəlb olunub.